Naxçıvan Muxtar Respublikasında yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.
“İki sahil” xəbər verir ki, muxtar respublikanın Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" ASC-lərə ötürülməsi istiqamətində işlər davam etdirilir.
Cəmiyyətlərin balans məhsubiyyətləri sərhədlərində olacaq elektrik stansiyalarından, transformator yarımstansiyalarından və sistemtəşkiledici elektrik verilişi xətlərindən keçən elektrik enerjisinə real vaxtda alına biləcək ölçülər əsasında fasiləsiz nəzarət etmək üçün məsafədən oxunan, nəzərdə tutulan “SCADA” sisteminə birləşdirilməyə texniki imkanı olan yeni elektrik sayğaclarının Naxçıvanda quraşdırılmasına başlanılıb.
Yaxın zamanlarda cəmiyyətlərin “Baş İdarəetmə Mərkəzi”ni yaratmaq, onların fəaliyyətini müasir texnoloji platforma əsasında həyata keçirmək və avtomatlaşdırılmış dispetçer idarəetməsini reallaşdırmaq, enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi və əməliyyatların insan müdaxiləsi olmadan məsafədən aparılması nəzərdə tutulur.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 255 mln. manat artaraq 2 mlrd. 756 mln. manat olub
Uşaq evlərinin sakinləri üçün “Tanıma və güvən” layihəsi üzrə xüsusi rəqs məşğələləri təşkil edilib
“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib