28 yanvar 2025 15:25
490

Azərbaycan, Türkiyə və Özbəkistan sabah qarşıdakı dövr üçün Yol Xəritəsini razılaşdıracaq

Azərbaycan, Türkiyə və Özbəkistan sabah qarşıdakı dövr üçün birgə Fəaliyyət Planının Yol Xəritəsini razılaşdıracaq.

"İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəd üç ölkənin xarici işlər nazirlərinin yanvarın 29-da Ankarada keçiriləcək görüşünün yekunu üzrə imzalanacaq.

Agentliyin məlumatına görə, tərəflər Ankara Bəyannaməsini imzalayacaq və qarşıdakı dövr üçün birgə Fəaliyyət Planını qəbul edəcəklər.

Həmçinin Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Yol Xəritəsi razılaşdırılacaq.

Görüşün gündəliyinə xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Qeyd edək ki, danışıqlarda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanı isə XİN başçısı Baxtiyor Saidov təmsil edəcək.