Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.
Agentlikdən "İki sahil"ə bildiriblər ki, görüşdə “elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına artırılması” layihəsi müzakirə olunub.
Agentliyin rəhbəri Samir Axundov Azərbaycanın enerji potensialı haqqında geniş məlumat verib.
Dünya Bankının enerji məsələləri üzrə mütəxəssisi Rodcer Komoy Kunil Azərbaycanın enerji istehsalı potensialını yüksək qiymətləndirib.
Görüşdə texniki yardım, enerji sektoruna köməklik və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır