Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı feyk məlumatlar yayılıb.
“İki sahil” xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi açıqlaması kimi təqdim edilib.
Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir.
Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan informasiyaların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 255 mln. manat artaraq 2 mlrd. 756 mln. manat olub
Uşaq evlərinin sakinləri üçün “Tanıma və güvən” layihəsi üzrə xüsusi rəqs məşğələləri təşkil edilib
“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib