Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
"İki sahil” ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ildə Fondun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 509,7 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin III rübündə Fonddun investisiya portfelinin 10 milyard 844,9 milyon ABŞ dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin IV rübündə 19,6 ton qızıl alıb. Belə ki, oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 127 ton təşkil etdiyi halda bu il yanvarın 1-nə bu rəqəm 146,6 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ildə 44,8 ton qızıl alıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır