Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.
Bu barədə “İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb.
Qeyd edək ki, AYNA tərəfindən “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması şəffaflığı təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, həmçinin icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradır.
Mərhələli şəkildə digər ölkələrlə də “e-Permit” – elektron icazənin mübadiləsi və verilməsi nəzərdə tutulur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır