"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ili 117,683 milyon manat xalis mənfəətlə başa vurub.
"İki sahil" aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,4 % çoxdur.
2023-cü ildə AZAL-ın daşımalar üzrə və digər gəlirləri 1 milyard 473,161 milyon manat (2022-ci ilə nisbətən 28,1 % çox), hökumətdən aldığı subsidiyalar 21,24 milyon manat (80,5 % az), əməliyyat xərcləri 1 milyard 177,336 milyon manat (13,1 % çox), ticarət debitor borcları və əlaqəli tərəflərdən alınacaq məbləğlər üzrə dəyərsizləşmənin barpasından gəlirləri 1,769 milyon manat (95,6 % az), maliyyə xərcləri 161,088 milyon manat (57,6 % çox),xarici valyuta mübadiləsindən zərəri 11,217 milyon manat (92,9 % çox), mənfəət vergisi ödəmələri isə 28,846 milyon manat (26,6 % az) təşkil edib.
2024-cü il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 640,517 milyon manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 5,2 % artaraq 3 milyard 169,624 milyon manata çatıb, balans kapitalının çatışmazlığı isə 31,5 % azalaraq 529,107 milyon manata düşüb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır