Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq. Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür
Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
“Enterprise Azerbaijan” və “InnovNation” arasında strateji əməkdaşlıq istiqamətləri müzakirə olunub