Azərbaycanın bank sektoru 2024-cü ildə 1 milyard 44,3 milyon manat xalis mənfəət əldə edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 % azdır.
Ötən il bankların əməliyyat gəlirləri 5 milyard 685,5 milyon manat (əvvəlki ilə nisbətən 17 % çox), əməliyyat xərcləri 3 milyard 987,3 milyon manat (25,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 363,9 milyon manat (19,7 % çox), gözlənilməz gəlirləri 4,3 milyon manat (59,3 % çox), mənfəət vergisi ödəmələri isə 294,3 milyon manat (4,5 % az) təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır