Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 449,1 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,6 % azdır.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2,6 % artıb.
Yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,5 % təşkil edib. Bu nisbət dekabrın 1-nə də 1,7 %, ötən il yanvarın 1-nə isə 1,8 % olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır