Pakistan şirkətləri Azərbaycanda “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dəvət edilib.
“İki sahil” Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovun Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.
Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsində enerji sahəsində mövcud imkanların reallaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Hər iki ölkənin enerji şirkətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gündəlikdə olan layihələrlə bağlı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi sənaye miqyaslı layihələr, dənizdə külək enerjisinin istifadəsi və “yaşıl enerji”nin ixrac marşrutlarının yaradılması kursu çərçivəsində imkanlar nəzərdən keçirilib.
Söhbət zamanı, həmçinin Bakıda təsis olunan ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli enerji tərəfdaşlığının möhkəmləndirilməsinə qarşılıqlı dəstək ifadə olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır