2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Bununla yanaşı, 2027-ci ilədək avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində birgə təhlillərin aparılması, qəza ocaqlarının müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.
Həmçinin 5 il ərzində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması planlaşdırılır.
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür
Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
“Enterprise Azerbaijan” və “InnovNation” arasında strateji əməkdaşlıq istiqamətləri müzakirə olunub
“Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub