“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında yazıb.

O bildirib ki, proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqləiyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır: "Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir.
Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliyliyinin artırılması, mobilliyinin gücləndiriılməsi kimi tədnbirlər ilə yanaşı piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur".
Deputat qeyd edib ki, Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur: "Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.
Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir".
"Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur", - deyə V. Bayramov qeyd edib.
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür
Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
“Enterprise Azerbaijan” və “InnovNation” arasında strateji əməkdaşlıq istiqamətləri müzakirə olunub
“Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub