Azərbaycanın enerji resursları Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyini və enerji təchizatının şaxələndirilməsini təmin edir.
“İki sahil” xəbər verir ki, bunu “Conflicts” jurnalının direktoru Gil Mixaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Fransa Azərbaycanla enerji tərəfdaşlığına maraq göstərən ilk Avropa ölkələrindən biri olub.
"Fransanın “TotalEnergies” şirkəti 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət "Abşeron" qaz-kondensat yatağının 35 % və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 5 %-lik payına sahibdir", - G.Mixaeli xatırladıb.
O vurğulayıb ki, Prezident Heydər Əliyevin Yelisey sarayında fransız şirkətləri ilə neft-qaz müqaviləsinin imzalanması mərasimində iştirakı Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmlənməsinə töhfə verib.
O, həmçinin Ulu Öndər Heydər Əliyevin Fransaya ilk dövlət səfərinin 1993-cü ilin dekabrında baş tutduğunu xatırladıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır