SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Bhosware” komandası “HackDay Challenge”beynəlxalq kibertəhlükəsizlik yarışında II yerə layiq görülüb.
“İki sahil” xəbər verir ki, komandamız 28-29 mart tarixlərində keçiriləcək finala vəsiqə qazanıb.
Komanda rəhbəri İnformasiya təhlükəsizliyi kafedrasının müəllimi Nihad Əlilidir.
Komanda üzvləri sırasında İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Əli Məhərrəmli, Oqtay Əhmədov, Əliəsgər Əliyev, Fuad Qurbanov və Fuad Əliyev yer alıblar
Yarışda 151 komanda iştirak edib və kibertəhlükəsizlik üzrə fərqli tapşırıqları həll etmək üçün mübarizə aparıb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb