Rusiya və İrandan idxal olunan bir sıra istehlaka yararsız məhsullar məhv edilib.
Bu barədə “İki sahil”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri nümunələr götürüb.
Müayinələr nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır