Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2 % çoxdur.
O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 3,6 % çoxdur.
Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da, aylıq müqayisədə 7 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,1 azdır.
2024-cü ilin dekabrın 31-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ötən ilin əvvəlinə nisbətən 0,1 % azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır