01 fevral 2025 11:06
509

Bir neçə rayonda duman müşahidə olunub

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 10:00-a olan məlumatına əsasən Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.