Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək iki layihəni - kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.
Digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən dördüncü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır