03 fevral 2025 08:36
320

40 yaşlı kişi su kanalında boğulub

Sabirabad sakini su kanalında boğularaq ölüb.

Hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Fərzəliyev Elçin Fərzalı oğlu su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

“Report”