03 fevral 2025 09:18
542

Faktiki hava AÇIQLANDI

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 9:00-a olan məlumatına əsasən Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.