Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Yokogawa Europe B.V.” şirkəti (“Yokogawa Electric Corporation” şirkətinin törəmə müəssisəsi) arasında enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkə hesablarında məlumat verilib.
Qeyd olunub ki, SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə icraçı seminar təşkil olunub.
"Seminarda neft emalı sahəsində dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında SOCAR və “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib