Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
“İki sahil” xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Görüşümüzdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, ticarət, sənaye, sahibkarlıq, innovasiya və digər sahələrdə tərəfdaşlıq barədə fikir mübadiləsi apardıq.
Birgə fəaliyyətin perspektivlərini və sənaye parklarında icra edilən layihələri müzakirə etdik".
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib