Azərbaycan Tatarıstan Respublikası ilə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə geniş tərkibdə görüşümüz əməkdaşlıq əlaqələrinin inkişafı aspektində səmərəli keçdi. Azərbaycan və Tatarıstanın enerji şirkətləri arasında mövcud əməkdaşlığa və perspektiv layihələrə dair geniş fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır