Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 milyard 309,119 milyon manat təşkil edib.
“İki sahil” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,55 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,4 dəfə artaraq 3 189 olub.
BFB-nin dövriyyəsinin 95,7 %-i və yaxud 9 milyard 868,02 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 6,15 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 87 % azalaraq 65,881 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2,4 dəfə artaraq 375,217 milyon manat olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır