Ötən ay dünya bazarlarında 1 ton qarğıdalının qiyməti 214,4 ABŞ dolları olub.
"İki sahil” bu barədə Dünya Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 5,8% çoxdur.
Ay ərzində 1 ton düyünün qiyməti 478 ABŞ dolları olub ki, bu da ötən aya nisbətən 9,3% azdır.
Yanvar ayında 1 ton buğdanın qiyməti 259,6 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,7 ABŞ dolları çoxdur.
2024-cü il ərzində 1 ton qarğıdalının orta qiyməti 190,6 ABŞ dolları, 1 ton düyünün orta qiyməti 588,4 ABŞ dolları, 1 ton buğdanın orta qiyməti isə 268,7 ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 24,6% az, 6,3% çox və 21,1% azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır