SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova Niderlandda beynəlxalq səviyyədə öz layihələrini təqdim ediblər.
“İki sahil” xəbər verir ki, “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı layihə seçilən “CLIMASEL” xarici mentorlar tərəfindən də müsbət rəylər alıb.
Səfər çərçivəsində tələbələrimiz təlimlərə qatılıb, digər startap müəllifləri ilə əlaqələr qurub, eləcə də təcrübə mübadiləsi aparıblar. Bundan başqa, biznes modellərini təkmilləşdirmək imkanı əldə ediblər.
2000 layihə arasından seçilən “CLIMASEL” üçün 25 min avro investisiya ayrılıb. Layihə binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan Climasel panelləri istehsal edir.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib