06 fevral 2025 11:09
486

Ağcabədidə bir nəfər kanalda batıb

Ağcabədidə bir nəfər kanalda batıb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.