“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
“İki sahil” “Fitch”ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
“Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib”, - “Fitch” qeyd edir.
Agentliyin qiymətləndirməsinə görə, şirkətin 2024-cü il üçün gəliri 50,61 milyard ABŞ dolları, əməliyyat EBITDA-sı isə 3,535 milyard ABŞ dolları təşkil edəcək.
Həmçinin EBITDA üzrə rentabelliyin (çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 2024-cü ildəki 7 %-dən 2025-ci ildə 7,2 %-ə yüksələcəyi gözlənilir.
Qeyd olunur ki, SOCAR Mərkəzi Asiyadan olan rəqibləri (“KazMunayQaz” və “Özbəkneftqaz” – red.) ilə müqayisədə daha yüksək rentabellik nümayiş etdirir və bu, ticarət əməliyyatlarının əhəmiyyətli həcmi ilə bağlıdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır