Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.
“İki sahil” quruma istinadən xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
Hərraca 9 nəqliyyat vasitəsi, 4 avadanlıq, 2 torpaq sahəsi, 1 qeyri-yaşayış binası və 1 qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq. Əmlaklara 6 min manatdan 1 milyon manata qədər qiymət qoyulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21- nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır