Fevralın 12-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji idarəçisinin təyin edilməsi” mövzusunda vebinar keçiriləcək.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, vebinarda Energetika Nazirliyinin əməkdaşı Əli Salmanlı tərəfindən təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh olan enerji idarəçisinin təyin edilməsi, onun vəzifələri, attestasiyadan keçirilməsi qaydaları haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər fevralın 12-də saat 16:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəfləri informativ sessiyaya qoşulmağa dəvət edirik: https://www.facebook.com/minenergygovaz/
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır