Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 49%-ə enib.
Bu barədə “İki sahil” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 49,02% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,12 faiz bəndi azdır.
Qeyd olunur ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 54 mlrd. Kubmetrdən çox qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.
Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 54,4 mlrd. kubmetrə yaxındır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır