16 fevral 2025 13:32
456

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Naxçıvanda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində gecikmələr yaranmışdı.