16 fevral 2025 14:38
401

Bakı-Quba yolundakı qəza nəticəsində xəsarət alan pakistanlılar xəstəxanadan evə buraxılıb

Bakı-Quba yolundakı qəza nəticəsində xəsarət alan pakistanlılar xəstəxanadan evə buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Bildirilir ki, Bakı-Quba magistralında baş verən yol-nəqliyyat hadisəsi səsəbilə 15.02.2025-ci il tarixində saat 19:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1991, 1995, 1986 və 1987-ci il təvəllüdlü 4 nəfər şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.