17 fevral 2025 14:44
435

Fazil Mustafaya sui-qəsd cəhdində təqsirləndirilən şəxslərlə bağlı QƏRAR

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət prosesinin tərəflərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin şikayəti təmin olunmayıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sui-qəsd cəhdində təqsirləndirilənlər - Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.