18 fevral 2025 18:33
414

Müşfiq Məmmədli qəbul keçirib - FOTO

Fevralın 18-də Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Səbətlər, Təngəaltı kəndlərində vətəndaşlarla növbəti görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə kənd sakinlərini maraqlandıran və kəndlərin cari problemləri müzakirə olundu, səlahiyyətimizə uyğun məsələlər qeydiyyata götürülüb və müvafiq təşkilatlar qarşısında problemlərin həlli üçün məsələlər qaldırılacağı bildirilib.

Deputat, eyni zamanda, Səbətlər kənd orta məktəbi, Təngəaltı kənd orta məktəbində müəllimlər, şagirdlər və onların valideynləri ilə  ölkəmizdə təhsildə həyata keçirilən tədbirlər, kənd sakinlərini maraqlandıran məsələləri müzakirə edib.