SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Murad Şərifov Şimali Karolina Universitetində təhsil alır.
“İki sahil” xəbər verir ki, təxminən 28,000 ABŞ dolları təqaüd qazanıb. Tələbəmiz 1 semestr təhsil aldıqdan sonra Vətənə dönərək BANM-da təhsilini davam etdirəcək.
Təqaüd proqramı çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, Azərbaycanla bağlı təqdimat hazırlayıb. Əcnəbi tələbə və müəllim heyətinə Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıb.
Murad habelə, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının və Latviyanın dövlət təqaüd proqramının qalibi olub. Almaniyanın Martin Luther Universitetində alman dili kursunda iştirakı çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini beynəlxalq tələbə və müəllimlərə tanıdaraq ölkəmizin milli mətbəxini və ənənələrini təqdim edib.
Riqa Texniki Universitetinin yay məktəbinin iştirakçısı, 4-cü ABB "Hackathon Startup Challenge”in qalibi olub.
Tələbəmizi təbrik edir, qürur duyruq!
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib
SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb
"CHARGE Europe 2025" konfransı "SOCAR Türkiyə"nin ev sahibliyi ilə İstanbulda keçirilib