26 fevral 2025 08:30
457

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur -  SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1.Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.