26 fevral 2025 12:07
498

Litva səfiri Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, diplomat müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib.

"Xocalı qurbanlarının xatirəsinə hörmət və ehtiramla yad edirəm", - səfir yazıb.