26 fevral 2025 14:12
571

Kiyevdə Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kiyevdə "Sonsuz dəhliz" sənədli filminin nümayişi keçirilib. Film Ermənistanın 1992-ci ildə insanlığa qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri olan bu faciənin qurbanlarının xatirəsinə həsr olunub. Bir gecədə 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Biz Xocalıya ədalət tələb edirik!”, - diplomat yazıb.