27 fevral 2025 09:35
574

Dini Komitənin sədri Rumıniyaya gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Rumıniyaya səfər edəcək.

Dövlət Komitəsindən “İki sahil”ə verilən məlumata görə, səfər Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçinin dəvəti ilə baş tutacaq.

Məqsəd iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaqdır.