27 fevral 2025 14:04
441

Xaçmazda ağacları qanunsuz kəsərək təbiətə ziyan vuran şəxslər müəyyən olunub

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "İki sahil"ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.