27 fevral 2025 22:45
546

Azərbaycanda Çeçenistan rəhbərliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı mövqeyi məqbul hesab edilir

Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.

“İki sahil” xəbər verir ki, Çeçenistan rəhbərliyinin ifadə etdiyi bu mövqe Azərbaycan tərəfindən məqbul hesab edilir.  Bu barədə Trend agentliyi Azərbaycan hökumətindəki mənbələrdən məlumat əldə edib.

Bildirilib ki, qəza baş verəndən sonra Çeçenistan rəhbərliyi tərəfindən bəzi şəxslərin təltif edilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin hiddət yaratmışdı. Ancaq aparılan araşdırmalar göstərdi və Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.

“Azərbaycanda gec də olsa, bu məsələyə Çeçenistan tərəfindən münasibətin bildirilməsi məqbul hesab edilir”, - deyə mənbələrdən bildirilib.