Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 27 tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ilin əvvəlindən rayon ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, ümumilikdə, 49 ədəd odlu silah aşkarlanıb.