28 fevral 2025 16:59
530

Vüqar Əhmədov Qubada vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qubada Heydər Əliyev mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

"İki sahil” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda qaldırılan bəzi məsələlərin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

“Azərişığ”ın həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri ilə yanaşı regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.