01 mart 2025 22:45
585

Siyəzəndə 18 yaşlı gənc oğlan bıçaqlanıb

Martın 1-də saat 20 radələrində Siyəzən rayonunda 1999-cu il təvəllüdlü K.İsmiyev 2007-ci il təvəllüdlü T.Quliyevə aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov “İki sahil”ə bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.