02 mart 2025 14:41
549

Biləsuvar sakini həmyerlisini güllələyib 

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.

Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"