Qazaxıstan təhsil sahəsində əməkdaşlıq çərçivəsində ölkənin ali məktəblərinin müəllimlərini Qarabağ Universitetinə göndərməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanın təhsil naziri Sayasat Nurbek təhsil sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Qazaxıstandan olan tələbələr də Qarabağ Universitetində təhsil almaq imkanı əldə edə bilərlər.
"Qazaxıstan tərəfi Azərbaycanla təhsil sahəsində əməkdaşlığa sadiqliyini əməldə sübut etməyə hazırdır", - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, müasir geosiyasi reallıqlar Qazaxıstan və Azərbaycan arasında tələbə mübadiləsi üçün əlverişli şərait yaradır.
"Bəzi ölkələrdə miqrasiya qanunvericiliyindəki dəyişikliklər, həmçinin Avropadakı siyasi vəziyyət ali məktəblərimizi MDB ölkələrindən olan tələbələr üçün cəlbedici edir", - deyə o bildirib
Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb