Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb. Onun törətdiyi cinayət təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb