05 mart 2025 11:14
469

Ötən sutka 43 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər xilas edilib.

Bu barədə "İki sahil"ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.